Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Rödinqhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı komandanın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke 2” hazırda 7 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.