"Bu vəziyyəti dəyişmək qürur məsələsidir" Mikel Arteta

İngiltərə Premyer Liqasının ilk 3 turundan sonra qol vurmayan və xal qazanmayan "Arsenal"ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis "Mançester Siti"yə 0:5 hesabı ilə uduzduqları oyundan sonra bunları deyib:

"Həqiqətən pis hisslər keçirirəm. Oyuna yaxşı başlamışdıq. Ancaq kifayət qədər yaxşı müdafiə olunmadıq. Rəqibin ikinci qolunda Kalum Çembersin üzünə dirsəklə vurulmuşdu. Ardından qırmızı vərəqə aldıq və belə qalxmalı olacağımız dağla üz-üzə qaldıq. Hakimin Qranit Cakaya verdiyi qırmızı vərəqə ilə razı deyiləm. Komandamın belə uduzmasına çox qəzəbliyəm. Azarkeşlərə haqq etdikləri nəticəni vermədiyimiz üçün üzgünük.  Bunu düzəltməliyik. Bir çox futbolçu məsuliyyəti hiss etməlidir. "Arsenal" üçün bu vəziyyəti dəyişmək qürur məsələsidir. Milli komandaların oyununa görə yaranacaq fasilədə zədəlilər kollektivə qoşulacaq. Bu fasilə işimizə yarayacaq. Ümid edirəm ki, "Arsenal"ı bu mövsüm yaxşı yerlərə gətirəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right