"Milan" 20 yaşlı hücumçu transfer etdi

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, A Seriyası təmsilçisi Fransanın "Monako" klubundan Pietro Pelleqrini rənglərinə bağlayıb. "Milan" 20 yaşlı hücumçunu 1 milyon avro qarşılığında mövsümün sonuna kimi icarəyə götürüb. "Rossonerilər" 6 milyon avro ödəməklə italiyalı forvardı birdəfəlik almaq hüququna malikdi.

Qeyd edək ki, Pietro Pelleqri ötən mövsüm "Monako"nun heyətində meydana çıxdığı 17 qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right