"Valensiya" seneqallını transfer edir

“Monako”nun hücumçusu Balde Keyta karyerasını İspaniyada davam etdirməyə yaxındı.

Newsport.az-ın məlumatına görə, forvard artıq “Valensiya” ilə razılıq əldə edib.

Yaxın günlərdə transferin ictiamiyyətə açıqlanacağı gözlənilir.

Baldenin “Valensiya” ilə 4 illik müqavilə imzalayacağı ehtimal edilir.

26 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Sampdoriya”da keçirib.

​İspaniyada dünyaya göz açan Keyta Seneqal millisinin üzvüdü. O, “Latsio” və “İnter”də də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right