İtaliya klubu fəaliyyətini dayandırdı

İtaliyanın “Kyevo” klubu fəaliyyətini dayandırıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb klubun borclarının qaytarılmaması və klubu maddi problemlərdən çıxaran şirkətin tapılmamasıdı.

Məhz bu da klubun fəaliyyətini dayandırmasına gətirib çıxarıb. Halbuki bundan borclara görə klubun B seriyasında, ardınca dördüncü divizionda oynayacağı ehtimal edilirdi.

Lakin məlum məsələlərə görə, klub ümumiyyətlə fəaliyyətini dayandırıb.

​1929-cu ildə yaradılmış klub 2006/2007 mövsümündə Çempionlar Liqasının təsnifat mərhələlərində də çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right