Messi PSJ-dən sonra Bekhemin klubuna gedəcək?

PSJ-nin yeni ulduzu Lionel Messi ABŞ-ın "İnter Mayami" klubu ilə danışıqlar aparır.

Newsport.az-ın məlumatına görə, Devid Bekhem argentinalı hücumçunun karyerasını bitirməmişdən əvvəl özünün komandasında oynamasını istəyir.

Bu məqsədlə Bekhem Messi ilə danışıb. 34 yaşlı forvardın bu yaxınlarda Mayamidə bir neçə ev aldığı bildirilir.

Messi 2005-ci ildən İspaniyanın "Barselona" komandasında oynayıb. Onun bu ilin iyununda başa çatan sözləşməsi uzadılmayıb.

Avqustun 10-da Messi PSJ ilə sonradan daha bir mövsüm uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right