Fransanın "Lion" klubu "Liverpul"un futbolçusu Xerdan Şakirini transfer etmək istəyir.
Newsport.az-ın məlumatına görə, "aslanlar"ın ilk təklifindən sonra "Liverpul" 15 milyon avro tələb edib. Hazırda tərəflər arasında danışıqlar gedir.
"Qırmızılar" İsveçrə millisinin üzvünü 2018-ci ildə "Stok Siti"dən 14,7 milyon avroya transfer edib. 29 yaşlı yarımmüdafiəçinin 2 illik müqaviləsi mövcuddur.