"İnter" Lautaro Martinesi də satmağa razılaşdı

"İnter"in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu "Tottenhem"lə anlaşıb. London klubu 23 yaşlı futbolçunun keçidi üçün Milan təmsilçisinə 70+20 milyon avro təzminat ödəməyi qəbul edib.

"İnter" daha öncə digər hücumçusu Romelu Lukakunu "Çelsi"yə 115 milyon avro qarşılığında satmağa razılaşıb.

"İnter" Argentina millisinin üzvünü 2018-ci ildə "Rasinq"dən 25 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right