Tokio-2020-də həndbol yarışları sona yaxınlaşır. Newspport.az xəbər verir ki, bu gün qadın həndbolçuların mübarizəsində finalçılar müəyyənləşəcək. Artıq ilk yarımfinal görüşü başa çatıb. Fransa və İsveç millilərinin duelindən "birincilər" qalib ayrılıb. Fransızların finaldakı rəqibinin adına Bakı vaxtı ilə saat 16:00-da start götürəcək Norveç - ROK (Rusiya Olimpiya Komitəsi) oyununda aydınlıq gələcək.
Tokio-2020
Həndbol (qadınlar), yarımfinal
Fransa - İsveç - 29:27
16:00. Norveç - ROK (Rusiya Olimpiya Komitəsi)
Qeyd edək ki, ROK finala vəsiqə qazanacağı təqdirdə Rio-2016-nın finalı təkrarlanacaq. Beş il öncə həlledici görüşdə sevinən tərəf rus həndbolçular olmuşdu.