Avropa çempionatında daha iki “bürünc” şansı

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
 
Newsport.az xəbər verir ki, dördüncü yarış günündə iki qadın güləşçimiz mübarizəyə qoşulub.
 
Tatyana Varansova debütdə rusiyalı rəqibinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Varansova bu gün bürünc medal görüşünə çıxacaq.
 
Ötən gün finalın bir addımlığında uduzan İrina Netreba da bürünc medal görüşünə çıxacaq.
 
Bu çəkilərdə medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Avropa çempionatı
23 aprel
 
53 kq
Bürünc medal görüşü: Tatyana Varansova - Yuliya Leorda (Moldova)
 
65 kq
Bürünc medal görüşü: İrina Netreba - Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right