Lakazet üçün 3 klub

"Arsenal"ın futbolçusu Aleksandr Lakazet yayda komandadan ayrıla bilər.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçunu "Roma", "Atletiko", "Sevilya" kimi klublar heyətinə qatmaq istəyir. Onun "topçular"la hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir. London təmsilçisi isə hələ fransalı oyunçuya yeni sözləşmə təklif etməyib. Lakin Mikel arteta futbolçunu komandada saxlamaqda maraqlıdır.

 

Qeyd edək ki, Lakazet bu mövsüm Premyer Liqada 25 matçda 11 qol vurub və 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right