FİFA mundialın 2 ildən bir keçirilməsini müzakirə edəcək

FİFA prezidenti Canni İnfantino Arsen Vengerin dünya çempionatlarının hər iki ildən bir keçirilməsi təklifinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, İnfantino deyib:

"Arsen Venger təkcə uğurlu və parlaq məşqçi deyil, həm də futbolun professorudur. Lakin bunun üçün xüsusi mütəxəssislərimiz də var. Başda bu məqam olmaqla, təqvimi müzakirə edəcək. Çünki qarşıdakı bir neçə ay ərzində qərar qəbul etməliyik ki, ilin sonuna və ya gələn il ərzində hər şeyi ətraflı planlaşdıra bilək".

Qeyd edək ki, Arsen Venger  yığma komandalardakı futbolçuların orta yaş həddinin 27-28 olduğu üçün belə bir fikir demişdi. Fransalı mütəxəssis dünya çempionatı 4 ildə bir dəfə keçiriləcəyi təqdirdə, həmin futbolçuların kubok qazanma şanslarını xeyli aşağı olduğunu düşünür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right