Neymar qayıtdı

PSJ-nin futbolçusu Neymar zədəsini sağaldıb.

Newsport.az xəbər verir ki, bu barədə baş məşqçi Maurisio Poçrttino danışıb. O, 29 yaşlı hücumçunun Liqa 1-in 30-cu turunda "Lion"la matça iştirak edə biləcəyini deyib:

"Neymar Liona qarşı oyundan əvvəl ümumi komandada məşq edəcək. Onun qayıdışı həm  bizim üçün, həm də özü üçün xoşbəxtlikdir. Neymara inana bilərsiniz. Ancaq sağlam, real düşüncənin tərəfdarıyıq. Neymar demək olar ki, 6 həftə oynamır. Bu müddətdən sonra oynamağa başlamaq çətin ola bilər".

Fransa kubokunda "Kan" ilə matçda (1:0) zədələnib.

Qeyd edək ki, bu gün keçiriləcək "Lion" - PSJ görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right