“O, mənim kumirim idi”

"Bavariya"nın futbolçusu Robert Levandovski ideal hesab etdiyi oyunçulardan danışıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı hücumçu "Bild"ə açıqlamasında "Arsenal"ın sabiq futbolçusu Tyeri Anrini uşaq yaşlarından özünün kumiri hesab etdiyini deyib:

"Xüsusi seçiləcək yalnız bir oyunçu yoxdur. Hər dövrün öz oyunçusu var.  Son 10-15 ildə ideal oynayanlar Ronaldo, Messi və braziliyalı Ronaldodur. Futbolda həmişə möcüzəvi bacarığa malik  insanlar olur. Dünya ulduzları çətin şeyləri asanlıqla göstərməyi bacarırlar. Dəqiq yadımdadır, 6 yaşım olanda mənim üçün yalnız bir ideal var idi: Roberto Baccio. Daha sonra kumirim Alessandro del Piero oldu. Ona heyran idim. Sonra "Arsenal"ın əfsanəvi futbolçusu Tyeri Anrini ideal seçdim. Gənc bir oyunçu kimi sahib olmaq istədiyim hər şey onda var idi. Anrinin bütüm hərkətlərini təkrarlamaq istəyirdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right