Kloppun düşərgəsindən nöqtə

"Liverpul"un baş məşqçisi Yurgen Kloppun agenti Mark Kosiçke çalışdırıcının yayda klubdan ayrılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Newsport.az "Sport1"ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin mövsümün sonunda Yoahim Lövün istefasından sonra Almaniya millisinə baş məşqçilik edəcəyi iddia olunsa da, meneceri bunun real olmadığını söyləyib: "Klopp getməyəcəm deyibsə, deməli, sözünün üstündə duracaq. Onun "Liverpul"dakı işi başa çatmayıb. Hələ 3 illik müqaviləsi var. Klopp hər hansı bir ehtimalın müzakirə edilmədiyini açıq şəkildə deyib".

Həmçinin Kosiçke "Klopp "Liverpul"la müqaviləsinin sonunadək işləyəcəkmi?" sualını belə cavablandırıb: "Bəli. Əlbəttə ki, sonadək işləyəcək".

Qeyd edək ki, Almaniya millisinin hazırkı çalışdırıcısı Yoahim Löv Avro-2020-dən sonra yığmadan ayrılacağını açıqlayıb. Mediada isə bu vəzifəyə Yurgen Kloppun gətiriləcəyi barədə xəbərlər yayılıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right