“Liverpul”da daha bir ciddi itki

İngiltərə çempionu “Liverpul” ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ozan Kabak zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın 29-cu turu çərçivəsində “Çelsi” ilə keçirilən (0:1) matçda zədələnən türk futbolçu 27-ci turun “Fulhem”lə görüşünü buraxacaq.

Martın 7-də keçiriləcək “Liverpul” – “Fulhem” matçına saat 18:00-da start veriləcək.

Qeyd edək ki, “Liverpul” Ozan Kabakı bu qış Almaniyanın “Şalke” klubundan icarəyə götürüb. O, İngiltərə klubunda indiyə qədər 5 oyuna çıxıb, 450 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right