PSJ-nin Neymar həsrəti başa çatdı

PSJ komandasında bir müddətdir zədəli olan Neymar artıq məşqlərə başlayıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Xəbərdə, braziliyalı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə cavab oyununda iştirak edə biləcəyi bildirilir.
 
Neymar, zədə səbəbindən komandalar arasındakı ilk oyunu buraxmışdı. Sözügedən matçda PSJ səfərdə “Barselona”nı 4:1 hesabıyla məğlub etmişdi.
 
PSJ – “Barselona” oyunu martın 10-da keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right