Messi 17 ildir ÇL-də qol sevinci yaşayır

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında (ÇL) yeni uğura imza atıb.
 
Newsport.az xəbər verir ki, argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb.
 
34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.
 
Bununla da Messi İspaniyanın “Real” və Almaniyanın “Şalke” klublarının keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.
 
Qeyd edək ki, Messinin bu qolu “Barselona” üçün heç də düşərli olmayıb. Kataloniya təmsilçisi qalan dəqiqələrdə 4 qol buraxaraq meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right