21-ci əsrin ən yaxşı məşqçisi məlum oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ən yaxşı məşqçilərinin siyahısını hazırlayıb.
 
Newsport.az xəbər verir ki, siyahıya “Tottenhem”in baş məşqçisi Joze Mourinyo başçılıq edir.
 
Portuqaliyalı mütəxəssis 2001-20-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidir. Onun 226 xalı var.
 
Siyahının 2-ci sırasında Almaniya yığmasına rəhbərlik edən Yoahim Löv yer alıb. Alman çalışdırıcının 213 xalı var. 3-cü pillədə isə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson və “Mançester Siti”nin hazırkı çalışdırıcısı Xosep Qvardiola yer alıb. Hər iki məşqçinin 183 xalı var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right