UEFA ÇL-in daha 1 oyunun yerini dəyişdirdi

UEFA Çempionlar Liqasının 1/8 finalında keçiriləcək “Borussiya” (Mönhenqladbax) – “Mançester Siti” matçının yerini dəyişdirib.

Newsport.az  xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın Macarıstanın paytaxtı Budapeştdəki “Puskas Arena”da oynanılacağı bildirilib.

Belə qərar verilməsinə Almaniya İngiltərə arasında koronavirus səbəbindən təyyarə uçuşlarını dayandırması səbəb olub.

Qeyd edək ki, sözügedən matç fevralın 24-də Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xatırladaq ki, bundan əvvəl eyni səbəbdən Leypsiq” – “Liverpul” oyununun Macarıstan paytaxtı Budapeşt,  “Atletiko” – “Çelsi” görüşünün  Rumıniyanın paytaxtı Buxarestdə keçirilməsinə qərar verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right