PSJ futbolçusu Xese Rodriqeslə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2016-cı ildə "Real"dan 25 milyon avro qarşılığında PSJ-yə keçən Xese bu mövsüm Liqa 1-də 2 oyuna çıxıb.