"Mançester Yunayted"in futbolçusu Pol Poqba 2021-ci ilin yayında klubunu dəyişə bilər.
Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi 27 yaşlı yarımmüdafiəçini satmağı düşünür. "Mançester Yunayted"in hətta fransalı oyunçunu qiymətini 60 milyon avroya endirməyə hazır olduğu vurğulanıb.
Xəbərdə Poqbanın yayda "Real"a transfer oluna biləcəyi qeyd olunub.
Xatırladaq ki, Poqba bu mövsüm 10 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.