"Çempionlar Liqasına yollanmaq üzrəydik" - Fransa klubunun prezidentindən etiraz

"Lill"in prezidenti Jerar Lopes Fransa çempionatının koronavirus pandemiyasına görə davam etdirilməməsi qərarını ədalətsiz hesab edir.

Newsport.az "L’Équipe" nəşrinə istinadla xəbər verir ki, klub rəhbəri bu qərara görə Çempionlar Liqasından kənar qalacaqlarını deyib

"Məncə, mövsümün davam etdirilməməsi qərarı çox ədalətsizdir. Araşdırdıq: son 10 ildə komandaların 71 faizi çempionatın bitməsinə 10 tur qalmış mövqeylərini dəyişir. Sizi əmin edirəm ki, Çempionlar Liqasına yollanmaq üzrəydik. Bundan əminəm. Bizdən 1 xal öndə olan "Renn" lider PSJ ilə 1, biz isə 2 dəfə oynamışdıq. Bu, doğrudur? Daha yaxşı hesablama modeli tətbiq etmək lazımdır. Riyazi hesablamalarla turnir cədvəlindəki yerləri müəyyələşdirmək lazımdır". 

Fransa I Liqasına 68 xalla PSJ başçılıq edir. "Marsel" 56 xalla 2-ci, "Renn" 50 xalla 3-cü, "Lill" 49 xalla 4-cüdür. 

Fransanın baş naziri Eduard Filipp ölkədə idman yarışlarının davam etdirilməyəcəyini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right