Məşqçisi Rüfətin uğurlu debütü haqda "Bütün imkanları qola çevirdi"

“Futbolçular hələ bir-birinə öyrənirlər. Ona görə də top itkilərini görmək olur. Bəzi səhvlərimizi düzəltsək, bu mövsüm çox yaxşı bir komandamız olacaq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Rüfət Dadaşovun çıxş etdiyi “Foneks Rizinq” klubunun baş məşqçisi Rik Şans deyib.

O, ABŞ-ın USL liqasında mövsümün ilk turunda “Portlend 2”i 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında Rüfətin uğurlu debütündən də danışıb. Baş məşqçi görüşdə het-trik edən millimizin forvardının yaxşı qol duyumunun olmasını bildirib:


“Görünür, onun üçün hazırlıq matçları böyük məna kəsb etmir. Çünki hələ komandada qol hesabını açmamışdı. Bu oyunda isə əlinə düşən bütün imkanları qola çevirdi. Bilirik ki, Rüfət qol vura bilir. O, Solonun (Solomon Asante-red.) keçidlərinin sonunda bu imkanı əldə edir”.

Qeyd edək ki, bu ilin yanvar ayında Almaniyanın “Proyssen” klubundan ABŞ təmsilçisinə keçən Dadaşov hazırlıq matçlarında özünü göstərə bilməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right