Əmrə Can "Borussiya"da

"Yuventus" yarımmüdafiəçisi Əmrə Canı Dortmund "Borussiya"sına icarəyə verib.

 

Newsport.az-ın məlumatına görə, Dortmund təmsilçisi Almaniya millisinin üzvünü 1 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürüb. "Borussiya" daha 25 milyon avro ödəyib, 26 yaşlı oyunçunun transfer hüququna sahib olmalıdır. Müqavilənin detallarına bu şərt əlavə edilib.

 

Türkiyə əsilli oyunçu Münhen "Bayern"ində yetişib və 2013-cü ildə "Bayer"ə 5 milyon avroya transfer olub. "Liverpul" 1 il sonra onu 12 milyon avroya heyətinə qatıb. Əmrə 2018-ci ilin yayında azad agent statusu ilə "Yuventus"a keçib. O, bu mövsüm 8 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right