"Arsenal" "Everton"a uduzdu

İngiltərə Premyer Liqasında 33-cü turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, "Arsenal" səfərdə "Everton"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Premyer Liqanın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2 xal geri qalan "Mançester Siti" 2-ci, "Tottenhem" 64 xalla 3-cüdür. "Arsenal"la "Çelsi" 63 xalla 4-5-ci yerləri bölüşürlər. 46 xalı olan "Everton" 9-cu sırada qərarlaşıb.

"Everton" - "Arsenal" - 1:0

Qol: Fil Cakielka, 10

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right