Zinəddin Zidan "Real"da dörd aparıcı futbolçuya istirahət verdi

"Real"ın futbolçuları Toni Kroos, Marko Asensio, Luka Modriç və Rafael Varan La Liqanın 29-cu turunda "Ueska" ilə oyunu buraxacaqlar.

Newsport.az-ın məlumatına görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan sözügedən oyunçulara istirahət verməyə qərar verib.

"Real"ın qapıçısı Tibo Kurtua isə zədə səbəbindən "Ueska" ilə görüşü buraxacaq. "Real" - "Ueska" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right