"Kristal Pelas" "Arsenal"ı büdrətdi

İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Arsenal" səfərdə "Kristal Pelas"la 2:2 hesablı heç-heçə edib.

Premyer Liqada "Liverpul" 26 xalla turnir cədvəlinə başçılıq edir. "Çelsi" 2 xal geri qalaraq, 2-ci yerdə qərarlaşıb. Bir oyun az keçirən "Mançester Siti" 23 xalla 3-cü, "Arsenal" isə 22 xalla 4-cüdür. 8 xalı olan "Kristal Pelas" 14-cü yerdədir.

"Kristal Pelas" 2-2 "Arsenal"

Qollar: Luka Milivoyeviç, 45 (pen.), 83 (pen.) - Qranit Caka, 52, Pyer-Emerik Obameyanq, 56

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right