"Qarabağ"ın rəqibində maliyyə problemi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Vorskla" maliyyə problemi yaşayır.

Newsport.az-ın məlumatına görə, bu səbəbdən komandanın bir neçə üzvünün məvacibi azaldılıb. Klubun borcunun çox olduğu deyilir.

Ancaq "Vorskla"nın fəxri prezidenti Konstantin Jevaqo ciddi maliyyə probleminin olması ilə bağlı iddiaların yalan olduğunu deyib. Ancaq o, borclar haqda danışmaq istəməyib.

"Qarabağ" Avropa Liqasının E qrupunda "Vorskla", "Arsenal" (İngiltərə) və "Sportinq"lə (Portuqaliya) mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right