"Yuventus"dan ayrılan futbolçu rəsmən "İnter"də

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi "Yuventus"la müqaviləsi mövsümün sonunda başa çatan Kvadvo Asamoanı transfer edib. 29 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Asamoa "Yuventus"a 2012-ci ildə "Udineze"dən transfer olmuşdu. Qanalı müdafiçi turinlilərin heyətində meydana çıxdığı 116 qarşılaşmada 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right