“Mançester Siti” – “Barselona” görüşü Əliyar Ağayevə tapşırıldı

UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq “Mançester Siti”  – “Barselona” oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Newsport.az xəbər verir ki, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki, “Mançester Siti”  – “Barselona” görüşü aprelin 20-si, Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right