"Beşiktaş"da yeni transfer

Cenk Tosunu “Evertona”a satan "Beşiktaş" onun yerini doldurmaq üçün heyətinə yeni oyunçu qatıb.

Newsport.az xəbər verir ki, "qara qartallar"  "Alanyaspor”un futbolçusu Vaqner Lavla 1,5 illik müqavilə imzalayıb. Bu keçid üçün İstanbul təmsilçisi "Alanyaspor"a 3,2 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, bu mövsüm “Alanyaspor”un heyətinə qol vuran Vaqner Lav  karyerası ərzində Braziliyanın "Palmeyras”, "Flamenqo”, "Korintians”, Rusiyanın MOİK, Fransanın "Monako” və Çinin "Şandun Lunen” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right