"Borussiya Dortmund"un futbolçusu "Arsenal"da?

Son zamanlar adı transfer xəbərlərində hallanan “Borussiya Dortmund”un hücumçusu Pyer-Emerik-Obameyanqın son vəziyyətinə aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, klubun idarə heyətinin üzvü Hans-Yoahim Vatske açıqlamasında Obameyanqın “Arsenal”a keçəcəyi haqda dolaşan xəbərlərin doğru olduğunu bildirib. Son zamanlar qeyri-etik hərəkətləri ilə heyətə düşə bilməyən və klubun “Herta” ilə səfər oyununa aparılmayan futbolçunun “topçular”la rəsmi razılığa gələcəyi gözlənilir.

Qeyd edək ki, “Arsenal” yaxın günlərdə komandadan ayrılacağı gözlənilən Alexsis Sançhesin yerini, Obemeyanqla yanaşı, “Mançester Yunayted”in erməni futbolçusu Mikitaryanla da doldurmağı planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right