Lionel messi suriyalı qızın xəyallarını gerşəkləşdirdi Video

“Barselona” klubu və Komandanın ulduz futbolçusu Lionel Messi suriyalı qaçqın 18 yaşlı Nujeen Mustafanın xəyallarını gerçəkləşdirib.

Newsport.az xəbər verir ki, Suriyanın Hələb şəhərində anadan olan  və beyin iflicinə yaxalanan gənc Nujeen ölkəsindəki qarışıqlıq nədəni ilə 2015-ci ildə bir çox ölkədən keçərək Almaniyanın Köln şəhərinə gəlib. Bundan sonra əziyyətlər yaşayan gənc qızın həyatı,  Böyük Britaniyalı yazıçı Kristina Lamp tərəfindən qələmə alınaraq kitablaşdırılıb.

Nujeenin xəyallarını isə azarkeşlik etdiyi komanda “Barselona” klubu həyata keçirib. Belə ki, “Barselona” klubunun futbolçularını daşıyan avtobus Nujeeni Köln şəhərində götürərək İspaniyaya gətirib. Nou Kampda “Barselona” “Selta Viqo” oyununu izləyən qıza Nujeen yazılı forma hədiyyə edilib.

Daha bir sürpriz isə Messi, İniesta, Suarez və Pikenin onunla görüşməsi olub. Ulduz futbolçularla şəkil çəkdirən qız “Həyatımın ən gözəl gününü yaşayıram. Bu böyük sürpriz üçün “Barselona” və Messiyə çox təşəkkür edirəm”,-deyə bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right