Fərid Nəbiyev penalti qazandı və "Slaviya" 5 qolla qalib gəldi!

Futbol üzrə Çexiya gənclər  liqasında XVI  turun oyunları keçirlir.

Newsport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət milli komandamızın kapitanı Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nin 21 yaşlılardan ibarət komandası doğma meydan matçına çıxıb.

Praqa təmsilçisi özündən 2 pillə yuxarıda qərarlaşan “Pribram” kollektivini qəbul edib. Oyunda favorit qonaqlar hesab olunsa da, meydan sahibləri böyükhesablı qələbəyə seviniblər. Matç millimizin perspektivli futbolçusunun komandasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi bu matçda iştirak edib. 2 gün öncə U-19 komandasının heyətinə forma geyinən Fərid bu matça da start heyətində çıxıb. Praqalılar ilk qolu məhz Nəbiyevin sayəsində vurmağa yaxın olsalar da, buna nail ola bilməyiblər.  Belə ki, 22-ci dəqidədə hakim Fəridə qarşı edilən kobudluğu penalti kimi dəyərləndirsə də,  Stropek hədəfi dəqiq nişan ala bilməyib. Lakin həmyerlimiz bununla da kifayətlənməyib və komandasının hesabı açmasında önəmli pay sahibi olub.  O, sürətli cinah keçidindən sonra qapıya qüvvətli zərbə vurub. Qapıçının ayağını dəyən top Sinteanın qarşısına düşüb və rumın forvarda topu sadəcə qapıya göndərmək qalıb. Bundan sonra da oyunun ən yaxşılarından olan  Nəbiyev 71-ci dəqiqədə əvəzlənib və yerini Kvankaraya verib.

Qeyd edək ki, “Slaviya” bu qələbə sayəsində xallarının sayını 26-a çatdırıb və turnir cədvəlində 6-cı pilləyə yüksəlib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right