"Qarabağ"a qarşı yaxşı oyun keçirdilər": Konte

“Çelsi”nin baş məşqçisi Antonio Konte bu həftə Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”a qarşı matçda komandasının bəzi oyunçularından razı qaldığını deyib. 

Newsport.az xəbər verir ki, dünən “Liverpul”la Premyer Liqanın 13-cü turunun səfər qarşılaşmasından (1:1) sonra keçirilən mətbuat konfransında o deyib: “Villian, Fabreqas və Pedro “Qarabağ”la oyunda meydanda idilər. Villian 2, Fabreqas 1 qol vurdu. Pedro da yaxşı oyun keçirdi. Bu gün mən onları qorumaq üçün ehtiyatda saxladım. Sonra isə lazımi məqamda oyuna daxil etdim ki, komandanın oyununu gücləndirsinlər. Belə də oldu”.

Qeyd edək ki, adları çəkilən futbolçular “Liverpul”la görüşdə meydana ikinci hissədə daxil olublar. 85-ci dəqiqədə isə Villian cavab qolu vuraraq hesabda geridə olan komandasını məğlubiyyətdən qurtarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right