Rüfət Dadaşovdan növbəti qol

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Berlin təmsilçisi 10-cu turda öz meydanında “Moyzelvits”lə qarşılaşıb.

Görüş həmyerlimizin komandasınnı 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. “Dinamo”nun yeganə qolunu Rüfət Dadaşov vurub. Bu, Dadaşovun son 3 oyunda vurduğu 6-cı qoldur.

“Dinamo” hazırda 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right