Eminin komandası yenə uduzdu

Portuqaliya çempionatında ikinci turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, yığmamızın yarımmüdafiəçisi Emin Mahmudovun formasını geydiyi “Boavişta” öz meydanında “Riu Ave”ni qəbul edib. 

Eminin adı matçın protokoluna daxil edilməyib. Həmyerlimizin yoxluğunda “Boavişta” rəqibinə 1:2 hesabı ilə yenilib. 

Qeyd edək ki, 2 turdan sonra “Boavişta”nın xalı yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right