Millimizin sabiq baş məşqçisinin ölümü ilə əlaqədar Braziliyada matəm elan olundu

Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.

Newsport.az-ın məlumatına görə, mərhumla vida mərasimi Braziliya Futbol Konfederasiyasının binasında keçiriləcək. Braziliya çempionatında oynanılacaq görüşlər isə 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torresin vəfatıilə bağlı, mərhumun yaxınlarına ölkə futbol ictimaiyyəti adından dərin hüznlə başsağlığı verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right