Neymar söz verdi: "Santos"a qayıdacaq

Neymar keçmiş klubu "Santos"un "Palmeyras"la matçını stadiondan izləyib.

Newsport.az xəbər verir ki, o, görüşdən əvvəl "Santos"un paltardəyişmə otağına da gedib. 31 yaşlı hücumçu futbolçularla söhbətləşərkən doğma klubuna dönəcəyinə söz verib. İddialara görə, o, bunu hazırkı klubu "Əl-Hilal"la müqaviləsi başa çatdıqdan sonra edəcək.

Qeyd edək ki, braziliyalı futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Beləliklə, Neymar gələn yay artıq "Santos"a qayıda bilər.

Neymarın matçdan sonra vətənə qayıtmaq niyyətində olduğu barədə məlumatı "Santos"un rəsmi nümayəndəsi də təsdiqləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right