“Real”ın hazırlaşması üçün 9 günü var, 9 gün!” Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında “Real”la ilk oyun öncəsi komandanın təqvimini dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, o, təqvimdən narazılıq edib:

“Biz “Aston Villa” ilə saat 20:15-də (3 aprel), sonra 12:30-da “Kristal Pelas”la oynayacağıq. 12:30-da! Bundan sonra çərşənbə axşamı İspaniyaya gedəcəyik.

“Real”ın hazırlaşması üçün 9 günü var, 9 gün! Düşünmək istərdim: Ah, mənə bir gün daha ver, çünki fərq çox böyükdür”.

“Mançester Siti” aprelin 9-da səfərdə “Real”la qarşılaşacaq. Cavab oyunu aprelin 17-də İngiltərədə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right