AFFA onu baş məşqçi postuna dəvət etməyi planlaşdırmır Rusiya mətbuatının iddiası

Kurban Berdıyev AFFA-nın baş məşqçi postu üçün qısa siyahıda yer almayıb.

Newsport.az xəbər verir ki, bu barədə “Legalbet” portalı yazıb.

Rusiyalı həmkarlarımızın iddiasına görə, AFFA rəhbərliyi Berdıyevə klub məşqçisi kimi yanaşdığı üçün onu millinin baş məşqçi postuna dəvət etməyi düşünməyib.

"Legalbet"in yazdığına inansaq, AFFA-nın yeni rəhbərliyi Azərbaycan millisini yerli mədəniyyətə mümkün qədər yaxın olan mütəxəssisə həvalə etməyi planlaşdırır.

Xatırladaq ki, Berdıyev son olaraq Rusiyanın “Dinamo”(Maxaçqala) klubunu çalışdırıb. O, bundan əvvəl "Kayrat", "Gənclərbirliyi", "Rubin", "Rostov", "Traktor", "Soçi" klublarında işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right