Əmisi oğlunu bıçaqlayan məşhur futbolçuya həbs cəzası verildi

Niderland məhkəməsi Moskva "Spartak"ının futbolçusu Kuinsi Promes barədə həbs qərarı çıxarıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı vinger əmisi oğluna bıçaqla xəsarət yetirməkdə təqsirli bilinirdi. Məhkəmə futbolçu bəradə 18 aylıq həbs qərarı verib.

Niderland millisinin üzvü həmçinin, zərərçəkmişə dəymiş ziyanı ödəməlidir.

Hadisə 2020-ci ildə baş verib. Promes əmisi oğlunu dizindən ağır yaralayıb.

Qeyd edək ki, Kuinsi Promes bu mövsüm "Spartak"In heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Rusiya klubu ilə müq2avilə mövsümün sonuna kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right