1 milyonluq transfer

“Atalanta”nın hücumçusu Luis Muriel klubunu dəyişəcək. Newsport.az xəbər verir ki, kolumbiyalı forvard karyerasını ABŞ-da davam etdirəcək.

32 yaşlı oyunçu “Orlando Siti”nin formasını geyinəcək. MLS klubu onunla müqavilənin şərtlərini razılaşdırıb. Muriel yeni komandası ilə 3 illik müqavilə bağlayacaq. Bu transfer “Atalanta”ya 1 milyon avro qazandıracaq.

Qeyd edək ki, Luis Muriel 2019-cu ildən “Atalanta”da çıxış edir. Müqaviləsi yaya qədər olan forvard bu mövsüm 25 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right