Ulduzlar arasında dünya çempionatı keçiriləcək

Yayda 35 yaşdan yuxarı sabiq futbolçular arasında ulduzlu dünya çempionatı keçiriləcək. Newsport.az xəbər verir ki, turnirdə 8 komandanın iştirakı planlaşdırılır.

Komandaların heyətə cəlb etdikləri bəzi oyunçular artıq məlumdu.

İngiltərə: Stiv Makmanaman (kapitan), Robbi Fauler, Maykl Ouen, Eşli Koul, Co Koul, Rio Ferdinand, Frenk Lempard, Devid Ceyms.

Argentina: Esteban Kambiasso (k), Ernan Krespo, Pablo Zabaleta.

Braziliya: Emerson (k), Kaka, Ronaldinyo, Roberto Karlos, Rivaldo.

Almaniya: Kevin Kuranyi (k), Məsut Özil, Sami Xedira.

İspaniya: Miçel Salqado (k), David Vilya, Karles Puyol, İker Kasilyas.

İtaliya: Marko Materatsi (k), Fabio Kannavaro, Françesko Totti.

Uruqvay: Dieqo Luqano (k), Dieqo Forlan.

Fransa: Kristian Karambö (k), Tyerri Anri, Marsel Dezayi.

Turnir iyunun 4-dən 11-dək İngiltərədə keçiriləcək. Yalnız millilərdə oynamış və ya əsas liqada 100-dən çox matç keçirmiş 35 yaşdan yuxarı futbolçulara icazə verilir. Komandaların start heyətində 11 oyunçu olacaq və görüşlər 70 dəqiqədən ibarət olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right