Fodenlə gələn tarixi rekord

İngiltərə Premyer Liqası tarixinin qol rekordu yenilənib. Bu, 23-cü tura təsadüf edib.

Son turda ümumilikdə 45 qol olub. Bu isə turnirin tarixində rekorddur. Əvvəlki rekord 2020/2021 və 2022/2023 mövsümlərində bir turda 44 qol olub.

Rekord dünən baş tutan turun son oyununda yenilənib. “Brentford” – “Mançester Siti” görüşündə meydan sahibləri hesabı açıb, cavabında het-trik edən Fil Foden tarixi qolları vurub.

“Liverpul” İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Komandanın 51 xalı (23 oyun) var. “Mançester Siti” 49 xalla (22 oyun) 2-ci yerdədir. “Arsenal” 49 xalla (23 oyun) 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right