Messiyə görə fitə basıldılar

“İnter Mayami” Honkonq çempionatının ulduzlarından ibarət komanda ilə yoldaşlıq görüşü zamanı argentinalı hücumçu Lionel Messinin meydana çıxmaması səbəbindən fitə basılıb.

Newsport.az xəbər verir ki, MLS klubunun 4:1 hesabı ilə qalib gəldiyi oyunu Honkonq Milli Stadionunda 38 minə yaxın azarkeş izləyib.

36 yaşlı argentinalı bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. Bundan narazı qalan azarkeşlər ikinci hissədə “Biz Messini istəyirik” şüarınə səsləndiriblər. Onlar hətta buna görə, “İnter Mayami”nin sahibi Devid Bekhemi də fitə basıblar.

Qeyd edək ki, Lionel Messi ötən ildən “İnter Mayami”də çıxış edir. O, komandanın heyətində 14 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right