Benzemaya icazə verilmədi

Kərim Benzema “Əl İttihad”la məşqləri bərpa edəcək. Newsport.az xəbər verir ki, fransız futbolçu ən azı mövsümün sonuna qədər klubda qalmağa razılaşıb.

“Real”ın sabiq kapitanının Avropaya qayıtmaq istəməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra onun Səudiyyə Ərəbistanından ayrılacağı bildirilirdi. Ancaq “Əl-İttihad” Benzemanın bu xahişini rədd edib.

Baş məşqçi Marselo Qalyardo ilə danışıqlardan sonra Benzema heyətə qaytarılacaq.

Qeyd edək ki, Kərim Benzema “Əl İttihad”ın baş məşqçisi Marselo Qalyardo ilə qalmaqal yaşadıqdan sonra klubun düşərgəsini tərk etmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right