"Latsio"nun baş məşqçisi "Milan"ı çalışdıra bilər

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri iş yerini dəyişə bilər.

Newsport.az "Il Messaggero" portalına istinadən xəbər verir ki, Roma təmsilçisinin çalışdırıcısı "Milan"dan təklif alıb.

"Latsio"nun layihəsini bəyənməyən 65 yaşlı mütəxəssis gələcəyini klub prezidenti Klaudio Lotito ilə müzakirə edib.

Sarriyə maraq göstərən yeganə komanda “Milan” deyil. Belə ki, “Fiorentina” da Vinçenzo Italiano ilə yollarını ayıracağı təqdirdə, Sarriyə təklif göndərəcək.

"Milan" hazırda İtaliya çempionatında turnir cədvəlinin üçüncü pilləsindədir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right