Qazanan və ziyana düşənlər

Öz yetirməsi olmayan futbolçuların alqı-satqısından ən çox pul qazanan və itirən klublar müəyyənləşib. Newsport.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2014-2023-cü illərlə bağlı araşdırma aparıb.

Ən yaxşı balansa “Lill” malikdi. Fransa klubunun 10 illik gəliri 386 milyon avro olub. “Barselona” isə 631 milyon avro ziyana düşüb.

Ən çox qazanc əldə edən klublar:
1. “Lill” (Fransa) – 386 milyon avro
2. “Ayaks” (Niderland) - 317 milyon
3. “Zalsburq” (Avstriya) - 233 milyon
4. “Monako” (Fransa) - 218 milyon
5. “Leyptsiq” (Almaniya) - 216 milyon
6. “Sassuolo” (İtaliya) – 208 milyon
7-8. “Benfika” (Portuqaliya) – 200 milyon
7-8. “Atalanta” (İtaliya) – 200 milyon
9. “Ayntraxt” (Almaniya) – 182 milyon
10. “Sportinq” (Portuqaliya) – 169 milyon

Ən çox ziyana düşən klublar:
1. “Barselona” (İspaniya) - 631 milyon
2. “Çelsi” (İngiltərə) - 483 milyon
3. “Arsenal” (İngiltərə) - 436 milyon
4. PSJ (Fransa) - 410 milyon
5. “Mançester Yunayted” (İngiltərə) - 328 milyon
6. “Milan” (İtaliya) – 298 milyon
7. “Aston Villa” (İngiltərə) – 256 milyon
8. “Everton” (İngiltərə) – 251 milyon
9. “Liverpul” (İngiltərə) – 249 milyon
10. “Yuventus” (İtaliya) – 219 milyon





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right